Ən çox verilən suallar

Aşağı hissədə pasiyentlərin qəbul zamanı ən çox soruşduqları suallar və onları narahat edən məqamlara dair məsələlər həkim tərəfindən cavablandırılmışdır.
Doktor oğlumun 7 yaşı var. Ciddi nevroloji narahatlığı yoxdur. Nevropatoloqa apardım. EEQ elədi dedi ki, başında ocaq var, hər an qıcolma yarana bilər. Mənə dərman da təyin etdi ki, verin. Çıxılmaz vəziyyətdəyəm.
Həkimin sizə dedikləri ilə razı deyiləm. Kimsə nə zamansa qıcolma keçirəcəksə, onu Allahdan başqa heç kim bilməz. EEQ yaşa uyğun olduğundan əminəm. Qıcolması olmayıbsa, qorxmayın. EEQ anormal olması qıcolma baş verəcək demək deyil.
Oğlumun 4 yaşı var. 2 gündən gecələr yerin isladır? Sizə müraciət edə bilərəm?
5 yaşa kimi uşaqlarda gecə sidik qaçırması enurez hesab edilmir. Enurez diaqnozu 5 yaşdan sonra qoyulur və müalicə edilir.
Mən yatağa uzananda gecə başımı yataqda o yan, bu yana çevirəndə başım gicəllənir. Səhər işə gedəndə əyilirəm ki, ayaqqabımı geyinim yenə başgicəllənmə tutur. Nə edim?
Sizdə olan problemə BPPV Xoşxassəli pozisyonal paroksizmal başgicəllənmə deyilir. Problem vestibulyar aparatdadır. Qulaq kristalları (daşcıqlar) yerinin dəyişməsindən yaranır. Dərman müalicəsi yoxdur. Manevrlə, yəni başı fırlatmaqla kristalları yerinə oturduruq və başgicəllənmə yox olur.

Suallarınızı həkimə ünvanlayın

Sizi maraqlandıran məsələlərlə bağlı və ya həkimə şəxsi olaraq bildirmək istədiyiniz mövzu və suallınızı göstərilmiş formdan istifadə edərək Nevroloq / nevropatoloq Dr. Aynur Zeynalovaya göndərə bilərsiniz. Mesajlarınız həkim tərəfindən ən qısa müddətdə cavablandırılacaqdır.

Bizə whatsappdan yazın

Suallarınıza daha tez cavab ala bilmək üçün bizimlə Whatsapp nömrəmizdən də əlaqə saxlaya bilərsiniz.