Dr. Aynur Zeynalova
Nevroloq / nevropatoloq
Azərbaycanda müasir Nevrologiya
Məqsədimiz sizə yüksək səviyyədə tibbi xidmət göstərməkdir. Mən, Nevroloq Zeynalova Aynur bütün nevroloji xəstəliklərin müayinə və müaliəsi ilə məşğulam. Nevroloq və yaxud nevropatoloq eyni ixtisas olub, nevroloji xəstəlikləri müalicə edir. Xəstəliklərə yanaşma tərzimiz dünya protokollarına tam uyğundur. İş prinsipimiz xəstələri yormamaq, maddi və mənəvi sıxıntılar verməmək, müalicədə maksimum şəkildə az sayda dərman preparatıyla müsbət dinamika əldə etməkdir. Hər sağalan pasiyent bizim uğurumuzdur. Sizlərin həkiminiz olmaqla yanaşı, həm də sizin sağlamlığınızı düşünən və məsuliyyət daşıyan biriyəm. İşimə olan məsuliyyət hissi, dəqiqlik, təmkinlilik, sürətli analiz və sintez etmə qabiliyyəti işimin əsas özəlliyidir. Sizlərdən gələn mesajları, zəngləri bezmədən gün ərzində cavablamaq da bu məsuliyyətin bir hissəsidir.
Dr. Aynur Zeynalova
Nevroloq / nevropatoloq
