Epileptik tutma zamanı ilkin yardım
Epileptik tutma zamanı ilkin yardım necə olmalıdır?
Epileptik tutma keçirən insanlara qarşı səhv müdaxilələr edilir.Qıcolmaları kiçik və böyük tutmalara ayırsaq,kiçik tutmalar yəni dalma zamanı xəstələr nərdivan kənarındaysa,iti (kəsici) əşyalara yaxınsa onları oradan uzaqlaşdırmaq lazımdır.Xəstələr dik vəziyyətdədirsə otutmağını təmin etmək lazımdır.
Böyük tutmalar zamanı,xəstəni ilk öncə yıxılmadan öncə başını tutmağa çalışmaq lazımdır ki,kəllə-beyin travması almasın.Ətrafda yataq,döşək varsa ora doğru uzatmaq lazımdır.Ətraflarında yığılma ya çırpınma varsa ona müdaxilə etməmək lazımdır.Xəstəni bir böyrü üstə uzatmaq (sağ ya sol) əl altında olan üst geyim ya çantanı tutma keçirən xəstənin baş altına qoymaq lazımdır.Böyür üstə uzatmaqda məqsəd ağızdan axan seliyin ağciyərə axmamasını təmin etməkdir.Xəstə ağır çəkilidirsə böyrü üstə uzada bilməsəniz başını yana doğru çevirin.
Xəstənin eynəyi varsa onu çıxarın,ağzında protezi varsa onu çıxarın.Ağzına hər hansısa dəmir paçası yaxud da barmağınızı qoymayın.Dilin dişlənməməsi üçün sıxılmış dişlərin arasına kiçik yumşaq bez parçası qoyun.Bez parçasını ağzın bir kenarına dişlərin arasına qoyuruq.Dil qatlanmır,panik olmayın.Sıxılmış dişlərə müdaxilə etməyin.Dil qanadısa belə 1 dəq sonra dayanacaq.Xəstəni yaxası bağlıdırsa açmağa çalışın.Bundan sonra xəstənin yığılmalarına müdaxilə etməmək məsləhətdir.Xəstənin qıcolması 5 dəq çox davam edirsə,təcili yardım çağırmaq lazımdır.Xəstənin ətraflarına müdaxilə etməyn.Səhv müdaxiləniz sümüklərdə qırılma və çıxıqlara səbəb ola bilər.Qıcolmadan sonra xəstə yuxulayır.Xəstə yorgundur ətrafda olanları anlamaya bilər.Xəstə sərt bir yerə düşmədisə və qıcolma 5 dəq daha az davam edirsə,xəstə olduğu məkanda qala bilər.
Qıcolma keçırən insanı şılləməmək,üzünə su vurmaq,kəskin qoxulu məhlullar iylətmək olmaz.Ətrafdakılar təmkinli olmalıdır ki,xəstəyə yardım edə bilsinlər.