Febril qıcolma nədir, risk faktorları hansılardır?
Febril qıcolma nədir?
Febril qıcolma uşaqlıq yaş dövrünün ən sıx görünən qıcolma tipidir. Əsasən 3 ay 5 yaş dövründə, daha çox 6 ay-3 yaş arası uşaqlarda sinir sisteminin infeksionunun olmadığı zaman yaranır. Febril qıcolma ən çox 18 ay müddətində başlayır. Febril qıcolmalar temperatur yüksəlməsi zamanı baş verir. Bədən hərarətinin 38 dərəcə üzərində olması nəticəsində febril qıcolmalar baş verir. 44% halda temperatur yüksələndən 1 saat ərzində qıcolma baş verir. Qıcolma daha gec zamanda baş verirsə, meningit kimi ağırlaşmalar nəzərdə tutulmalıdır. Febril qıcolmalar generalizə tonik-klonik olmala yanaşı (bütün bədənə yayılmış qıcolma), fokal qıcolmalar (bədənin bir yarısını) da olur. Unilateral (bir qol və ayağı əhatə edir) uzunmüddətli qıcolmadan sonra bir neçə saat ya gün Todd paralici görünür. Bu zaman uşaq bir tərəfli ətrafın tərpədə bilmir. Febril qıcolma quruluşuna görə sadə və mürəkkəb olur.
Sadə febril qıcolma: 15 dəq qədər davam edir, gün ərzində təkrarlanmır,qıcolmadan sonra nevroloji qüsur görünmür.
Mürəkkəb febril qıcolma: 15 dəq çox davam edir, 24 saat ərzində təkrarlanır, qıcolma zamanı bədənin bir yarısı prosesə cəlb olunur (fokal), Todd paralici kimi nevrolji əlamət görünür. Febril status tək bir qıcolmayla davam edib, şüur açılmadan ardarda davam edən qıcolmanın baş verməsidir.
Febril qıcolmaların 60-70% sadə, 30-40% mürəkkəbdir.
Yüksək temperaturlu körpənin titrəməsi, ajiatasiyası, bayılması, ağızətrafı sianozu, apnoesi Febril qıcolma deyil. Anamnez diqqətli və ətraflı alınmalıdır.
Febril qıcolmalarının səbəbi genetik faktordur. Belə körplərdə dəmir əksikliyi anemiyası ilə febril qıcolma arasında əlaqənin olduğu haqda mülahizələr var. Febril qıcolmalar ən çox üst tənəffüs yollarının virus infeksionu zamanı (tonzillit, faringit, kəskin orta otit) yaranır.
Febril qıcolma üçün risk faktorları nələrdir?
- Ailədə febril qıcolma hekayəsinin olması.
- Körpənin baxçaya getməsi.
- Yenidoğulma müddətində uzumüddət xəstəxanada qalması(28 gün və çox).
- Nevroloji inkişafın ləngiməsi.
İlkin febril qıcolma keçirmiş uşaqda təkrarlanma az müşahidə edilsə də epilepsiyaya çevrilməsi üçün risk faktorlarının olması vacibdir.
Febril qıcolma nə zaman epilepsiyaya çevrilə bilər?
- Febril qıcolmaya qədər psixomor ləngiməsi olan körpələr.
- Birinci dərəcəli qohumlarda genetik epilepsiyanın olması.
- Mürəkkəb febril qıcolmanın olması.
Bu risk faktorların heç birisi yoxdursa,epilepsiyanın yaranma riski 2% dir. Profilaktik müalicənin risk faktorunun dəyişdirməyəcəyi qəbul edilib.
Febril qıcolmadan sonra mezial temporal sklerozun (epilepsiyanın bir forması) yaranması bəzi hallarda qarşımıza çıxır.Südəmər körpənin ağır mioklonik epilepsiyası da febril qıcolmadan sonra afebril( temperatur yüksəlmədən )görünür.
Febril qıcolmadan 7-10 gün sonra EEG dəyişiklikləri görmək mümkündür. Sadə febril qıcolma zamanı MRT məsləhət deyil. Mürəkkəb febril qıcolma varsa, psixomotor ləngimə varsa, febril status görünmüşsə, MRT məsləhətdir.