12.12.2019

Xoşxassəli paroksizmal başgicəllənmə (vertiqo). Uşaqlarda baş verən başgicəllənmə

 Xoşxassəli paroksizmal vertiqo (başgicəllənmə).

Xoşxassəli paroksizmal başgicəllənmə nədir?

  Xoşxassəli paroksizmal vertiqo (başgicəllənmə) uşaqlarda başlayan ani başgicəllənmə ataklarıdır. Bu zaman uşaq yıxılmamaq üçün hardansa tutur. Ani başgicəllənmə tutmalarıyla yanaşı nistaqm, ataksiya (səndələmə) ürəkbulanma, diffuz tərləmə ola da bilər olmaya da bilər. Xoşxassəli paroksizmal başgicəllənmə (vertiqo) zamanı uşaq solğundur və qorxu içindədir. Bu ataklar həftədə bir neçə dəfə,ayda bir neçə dəfə yaxud da ildə bir neçə dəfə baş verir. Xəstəliyin başlanma yaşı 4-dür. Ataklar bir neçə dəq-bir neçə saata qədər davam edir. Atak olmadığı zaman uşağın nevroloji statusu normaldır. Xəstəliyin səbəbi bilinmir. Bəzi mülahizələrə görə xəstəliyin səbəbi mərkəzi ya periferik vestibulyar sistemdir. Vertiqo atakı zamanı gözdə nistaqm nəzərəçarpır. Paroksizmal başgicəllənmədən əziyyət çəkən uşaqlarda gələcəkdə miqren xəstəliyi görünür. Xoşxassəli paroksizmal tortikollis xoşxassəli paroksizmal vertiqo xəstəliyi ilə oxşardır və əlaqəli olduğu görünür. Xoşxassəli paroksizmal tortikollis uşaqda xoşxassəli paroksizmal vertiqo epizodları da qoşula bilər. Xoşxassəli paroksizmal vertiqonun diaqnozu doğru toplanmış anamnez, nevroloji müayinə əsasında qoyulur.Xəstəlik 7-8 yaşa qədər davam edir. Xoşxassəli paroksizmal başgicəllənməni arxa kəllə çuxurunun şişləriylə, Kiari malformasiyası ilə, Klippel Feil sindromu ilə differense etmək lazımdır. Xoşxassəli paroksizmal vertiqonu gicgah payı epilepsiyası ilə də differensasiya etmək mütləqdir.

Müəllif: Dr. Aynur Zeynalova
Əlaqə telefonu: (050) 413 91 91