Yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya
Hipoksik işemik ensefalopatiya neonatal dövrdə kəskin nevroloji pozğunluq və qıcolmaya səbəb olan vəziyyətdir. HİE (hipoksik işemik ensefalopatiyanı) erkən dövrdə aşkarlamaq və ona tədbirlər görmək vacib şərtdir.
Neonatal hipoksik işemik ensefalopatiyanın səbəbləri:
Doğum zamanı HİE yaradan səbəblər;
- Plasentanın qopması
- Hidramnios
- Əkiz ya üçüz hamiləlik
- Sürətli doğuş
- Çətin doğuş
- Uzanmış hamiləlik
Anaya bağlı olan səbəblər;
- Eklampsiya
- Şəkərli diabet
- Dərman asılılığı
- Ürək-damar xəstəlikləri
- İnfeksion səbəblər
- Kollagen xəstəliklər
Körpəyə bağlı səbəblər;
- Yarımçıqdoğulma
- Tənəffüs çatmamazlığı
- İnfeksion xəstəliklər
- Kardiopulmonar xəstəiklər
- Hemolitik saarılıq
- Sepsis
Hipoksiya-plasental qan axımının dayanmasına və ya göbək ciyəsinin tıxanması nəticəsində yaranır. Oksigensiz qalma nəticəsində beyində biokimyəvi proseslər gedir. Əgər döl hipoksiya nəticəsində sağ qala bilmişsə, beyin bir müddət sonra içində olan enerjini ya özlüyündən, ya da doğum evində ona verilmiş olan oksigendən alar.
HiE (Hipoksik işemik ensefalopatiya) diaqnozu qoymaq üçün xəstədən geniş anamnez toplamaq və yetərli nevroloji müayinə aparılmalıdır. Anamnezdə antenatal faktorlar da diqqətlə sorğulanmalıdır.
HiE- zamanı nevroloji pozğunluq, huşun dəyişməsi, əzələ tonusunun dəyişməsi, qıcolmalar müşahidə edilir.
1-ci dərəcəli ensefalopatiya zamanı – körpənin qidalanması kifayət qədər deyil, yuxu və oyanıqlıq dövrü pozulub, toxunduqda, yaxud da özlüyündən mioklonus (diksinmə) var. Kəllə beyin sinirlərinin funksiyası normaldır. Əzələ tonusu normal ya artmışdır. Bəbəklərdə genişlənmə və taxikardiya görünür. Dərin tendon reflekslər canlıdır. Bu hal 24 saatdan az davam edir.
2-ci dərəcəli ensefalopatiya zamanı – ilk 24 saat sonra görünə bilir. Körpələri oyadan və oyandırılan yuxululuq müşahidə edilir. Aktivlik azalıb, qidalanma pozulub. Əzələ tonusu azalıb, vətər refleksləri artıb. Bəbəklər daralıb, bradikardiya, mioklonuslar ola bilər. Bu hal 2-14 gün davam edir. Əgər anormal əlamətlər 7 gün və daha çox davam edərsə, 20-40% nevroloji qüsur qalır.
3-cü dərəcəli ensefalopatiya zamanı – ağır ensefalopatiya ilə gedən vəziyyətdir. Koma qıcığa qarşı cavabsızlıq və ağır hipotoniya, beyin kötüyü zədələnir. Dərin tendon reflekslər yoxdur. Əsasən qıcolmalar müşahidə edilir. Bradikardiya, sistemik hipotenziya, tənəffüs pozğunluğu, apnoe müşahidə edilir. Mütləq şəkildə nevroloji qüsurlar görünür.
Hipoksik işemik ensefalopatiyanın səbəbləri:
HİE zamanı daha çox beyin qabığı, dərin ağ maddə, beyin kötüyü və beyincik zədələnir.
Parasagital nahiyənin zədələnməsi ikitərəflidir. Bu körpələrdə orta dərəcəli ensefalopatiya görünür. Tetraplegik forma serebral iflic formalaşır. Yanaşı olaraq görmə pozğunluğu, əqli gerilik, nitq pozğunluğu da yaranır.
Dərin ağ maddənin zədələnməsi – talamus, bazal qanqlia və diensefalon zədələnmə erkən zaman qanama ilə ortaya çıxan kistoz dəyişikliklər formalaşır. Bu körpələrdə erkən dövrdə beyin kötüyü əlamətləri, distoniya, rigidlik, ekstrapiramidal dəyişikliklər və nitq pozğunluqları ilə gedən uşaq serebral iflici formalaşır. Bazal qanqlia və talamus zədələnməsi nəticəsində xoreoatetoz (körpə sankı öz oxu ətrafında dönür) və əqli ləngimə görünür.
Beyin kötüyünün zədələnməsi – əlamətlər izolədir. Bu körpələrdə 5, 7, 9, 10 kəllə-beyin sinirləri zədələnir. Proqnozu pisdir.
Beyincik zədələnməsi – bu zaman orta və ağır dərəcəli işemik zədələnmələr yaranır. İki tərəfli üz zəifliyi, baxış anormallığı, dildə səyrimələr görünür. Bu körpələrdə udma zəifliyi də görünür.
Fokal beyin zədələnmələri – fokal kortikal arterial tıxanması nəticəsində həmin beyin toxumasının nekrozu nəticəsində yaranır. Zədələnən beyin toxumasında sonradan postensefalomalyasyon inkişaf edir. Fokal əlamətlərə:nspastik hemiplegiya, epileptik tutmalar aiddir.
Periventrikular intraventrikular qanamalar – yarımçıqdoğulanlarda görünür. Mədəciklər ətrafına ya da mədəcik daxilinə qanamadır. Subaraxnoidal qanama nəticəsində hidrosefaliya yarana bilər. Yarımçıqdoğulanlarda mədəcik qanamaları əsasən qüsur vermir. Ağır qanamalar zamanı beyin kötüyü də zədələnibsə, deserebrasion postur və tonik qıcolmalar görünür. Proqnoz əsasən xoş olmaqla yanaşı dəyişkəndir.