30.11.2019

Uşaqlığın absans epilepsiyası

Absans epilepsiya nədir?

Məktəb yaşlı uşaqlarda görünən epilepsiyaların bir növüdür. Başlanğıc yaşı 5-7 dir. Absans epilepsiyanın ən əsas tutma tipi ani duruxmadır. Tipik absans tutmasıyla qarşımıza çıxır. Duruxma, boş baxma zamanı uşağın aktivliyinin durması, kənarla əlaqənin qopması, donmanın ani başlayıb ani də bitməsi, gün ərzində çox sayda təkrarlanması və cavabsızlıqla xarakterizə olunur.

Absans epilepsiyanın əlamətləri.

Tutma zamanı gözlər anidən açılır və uşaq yemək yesə belə ani duruxur. Bəzən ani duruxmayla yanaşı göz qapaqlarında göz qırpma yüngül ritmik klonik hərəkət izlənir. Tutmalar 4-20 saniyə müddətində davam edir. Absanslar gün ərzində 10-100 dəfə təkrarlanır. Tipik absans epilepsiyanın ən əsas özəlliyi odur ki, EEG müayinəsi zamanı HV testində aşkarlanır. Absans epilepsiyadan əziyyət çəkən uşaqlar işiğa qarşı həssasdır. İşiq üası gözə təmas etdikdə absanslar baş verir. Uşaqlığın absans epilepsiya zamanı digər epilepsiyanın növləri görünmür.

Absans epilepsiyanın ailə hekayəsində absans və digər epilepsiya xəstələrin olması mövcuddur. EEG müayinə metodunun xəstəliyin diaqnostikasında böyük əhəmiyyəti var.

Uşaqlığın absans epilepsiyası zamanı müalicə başladıqdan sonra absanslar aradan qalxır. Doğru seşim preparatla absanslar aradan qalxır. Xəstələrin 90% yaş artdıqca absanslar yox olur.

Bəzən absans epilepsiya ilə birgə generalizə tonik-klonik qıcolma baş verir. Absans epilepsiyanın 8 yaşdan sonra başlaması, oğlanlarda, ilk müalicəyə müsbət reaksiya verməyən də, doğru müalicə təyin edilməyəndə, EEG zəmin aktivliyin anormal olması, işiğa qarşı həssas olması zamanı generalizə tonik-klonik qıcolma baş verir.

Müəllif: Dr. Aynur Zeynalova
Əlaqə telefonu: (050) 413 91 91