Tik xəstəliyi
Tik xəstəliyi nədir?
Biz takıntılarımıza səhvən tik adı versək də bu tik deyil. Çünki tik xəstəliyinin klinikası fərqlidir. Ən çox göz qırpma tiklərin görürük. Əsasən də oğlanlarda baş verir. Tik xəstəliyi hər yaşda görünsə də, əsasən 7-11 yaşlarda haha sıxdır. Unutmayaq ki, tiklər çesidlidir. Tik xəstəliyi uçaqlarda başlayan qeyri-iradi motor və ya vokal əlamətlərlə büruzə veirir. Tourette sindromu (Turet sindrom, Turetta sindromu) zamanı motor və vokal tiklər baş verir. Turet diaqnozu qoymaq üçün gərək həmin şəxsdə motor və vokal tiklər (səslər) 1 ildən çox davam etsin. Belə uşaqlar dərsdə də səslər çıxararaq dərsin davamiyyətinə təsir edirlər. Beyinin bəzi orqanik xəstəlikləri nəticəsində də Turet sindromunun əlamətləri görünür. Buna Turettizm deyilir. Turetta sindromlu (Turet) uşaqlarda tiklərdən başqa hiperaktivlik və diqqət defisiti, obsessiv kompulsiv pozğunluiqlar, öyrənmə problemləri, yuxu pozğunluqları və digər davranış pozğunluqları da görünür. Xəstəliyin yaranma səbəblərindən genetik ötürülmə və ətraf mühitin də təsirləri var.
Motor tiklər- göz qırpma, baş sallama, çiyin qaldırma kimi bəsit qeyri-iradi hərəkətlərdir.
Vokal tiklər- sadə boğaz təmizləmə, burin çəkmə və qarmaşıq səslərdir.
Tiklərin yaranma səbəbi.
Gəlib gedən tiklərin yaranma səbəbi ətraf mühitdə baş verənlər, stresin rolu var. Turet sindromunun (Tourette, Turetta) yaranma səbəbi genetik, neyrobioloji, neyrokimyəvi və ətraf mühit təsirlərinin rolu var. Genetik meyillilik daha böyük yer tutur. Neyrobioloji, neyrokimyəvi təsirlər- bazalı qanqlion pozğunluqlarından qaynaqlanır. Araşdırma nəticəsində məlum olub ki, dofamin, noradrenalin və serotonin sintezinin azalmasının da tiklərin yaranmasında rolu var. Psixoloji faktorlar-stres zamanı tiklərin üzə çıxdığı araşdırılıb.
Tikin formaları.
Gəlib keçici Tik pozğunluğu. Tək və ya birdən çox motor və ya vokal tiklərlə xarakterizə olur. Bu tiklər ən azı 1 aydır yaranıb 1 ildən artıq müddət davam etməyənlərdir. Hər gun baş verib, gun ərzində artıb azalea bilər.
Xroniki motor və ya xroniki tik pozğunluğu. Tək və ya birdən çox motor və ya vokal tiklərlə xarakterizə olur. Xəstəlik boyu motor və vokal tiklər birlikdə görünür. 3 aydan uzun müddət davam edən, 1 ildəndən çox davam edən tiklərdir. Daha çox baş, boyun, yuxarı ətraflarda baş verir.
Tik xəstəliyinin əlamətləri.
Tiklər normal bir motor aktivlik zamanı anidən ortaya çıxan ani,qeyri-iradi,qısa hərəkətlərdir.Tiklər sadə və mürəkkəb olur.Sadə tiklər sürətli və qısamüddətlidir.
Sadə tiklərə aiddir: göz qırpma,gözün çevrilməsi hərəkəti,boyun hərəkətləri və çiyin atmalar.Bəzi sadə motor tiklər yavaş yavaş,qalıcı və tonik hərəkətlərdir.Buna ətraf əzələlərində yaranan dartılma və qarın gərilmə hərəkətləri aiddir.
Mürəkkəb tiklərə aiddir: əli harasa vurmaq,toxunmaq,qeyri-etik hərəkət(kopropraksiya) kimi streotipik hərəkətləri aiddir.Mürəkkəb tiklər kompulsiv hallar(sarışan hal,təkrarlama) kimi görülə bilir.Kompulsiyalar yəni təkrarlamaların səbəbi düşüncədən uzaq qorxu və həyəcandır.Ona görə də hərəkətləri təkrar edirlər.
Streotipiya və ya streotipik hərəkət tik hərəkətləri zamanı görünür.Bundan başqa streotipik hərəkətlər:inkişaf ləngiməsi olan uşaqda,autizm,əqli gerilik zamanı,davranış pozğunluqları zamanı da görünür.
Sadə vokal tiklərə boğaz təmizləmə,xoruldamaq,burun çəkmək,öskürmək,diş xırçıldatmaq və başqa məqsədsiz səslər aiddir.Qeyri-etik sözlərin olduğu təkrarlayıcı səslər də var.Bunlara koprolaliya deyilir və mürəkkəb vokal tiklərə aiddir.
Tikləri olan xəstələr vərdişdən öncə çox narahatdır və tik hərəkətin edərək bir növ rahatlıq əldə edirlər.Bəzən məcburi olaraq ikləri axlaya bilirlər.Sonradan artmış formada üzə çıxırlar.
Tik xəstəliyi hansı yaşda başlayır?
Tik xəstəliyi uşaqlarda başlayır. Ortalama başlama yaşı 6 dir. Tiklərin 11 yaşdan öncə görünür. Ən geniş yayılmış forması göz qırpmadır. Tiklər zamanla bir-birin əvəzləyir. Vokal tiklərdən ən çox görünəni boğaz təmizləmədir. Burun çəkmə və öskürək də geniş yayılmış vokal tiklərdir. Belə xəstələr səhvən astma,allergiya müalicəsi qəbul edirlər. Tikdən əziyyət çəkən uşaqlarda diqqət defisiti və hiperaktivlik də görünə bilir. Tik xəstələrin əqli normaldır.
Gilles De La Tourette pozğunluğunun (Tourette sindromiu, Turet sindromu,Turetta sindromu) əlamətləri.
Zaman içində artma və azalmayla davam edən, motor və vokal tiklərlə birgə davam edən xroniki xəstəlikdir. Vokal tiklərə-boğaz təmizləmə, burun çəkmə kimi vokal tiklər aiddir. Koprolaliya (söyüş) kimi mürrəkkəb tiklər nadir görünür. Motor tiklər sadə və mürəkkəb formada olur. Tiklər sayılmayacaq dərəcədə çoxdur. Xəstəliyin başlama yaşı 7-10 dur. Kənardan ard-arda davam edən qəribə həkətlər və qəribə səslər hər kəsə narahatlıq verir. Tiklərin məktəbdə və evdə olması suallar doğurur. Sən bu hərəkəti niyə edirsən? Bu kimi suallar uşaqları daha da narahat edir. Nəticədə sosial mühitdən uzaqlaşma müşahidə edilir. Turet sindromu zamanı uşaqlarda tiklər artıb azala bilir. Tiklərin biri yox olub digəri yaranır. Yeniyetməlik dövründə yaxşılaşma görünür. Bəzən bir ömür boy davam edir.
Turet sindromu (Tourette) tikin daha ağır forması hesab edilir. Turet sindromu zamanı həm motor həm də vokal tiklər görünür.Xəstəlik 21 yaşdan öncə başlayır.Ən az iki motor tik və bir vokal tik 1 ildən çox davam etməlidir.Turet sindromun (Tourette) diqqət defisiti,hiperaktivlik,obsessiv kompulsiv pozğunluq da müşaiyət edə bilir.Turet sindromundn əziyyət çəkənlərin əksəriyyəti oğlanlardır.Dərslərini öyrənməkdə çətinlik çəkirlər.Tiklərin nə qədər genetik olduğu dyilsə də əsas səbəbi bəlli deyil.
Tik xəstəliyi 18 yaşına qədər davam edə bilir. Tikdən azad olan xəstələrin sayı az deyil. Bir ömür boyu davam edən tiklər də var.
Tikləri necə aradan qaldırmaq olar?
Bəzən valideynlərdə elə düşüncə formalaşır ki, uşaq bu hərəkətləri bilərəkdən edir, istəsə dayandıra bilər. Bu barədə ailənin yanlış münasibəti tiki qalıcı hala gətirə bilər. Əslində bilməliyik ki, tikli hərəkətlər iradədən asılı olmadan baş verir.
Diqqət yetirməli olduğumuz ən vacib məqamlar bunlardır.
1. Həssas yanaşmalı
2. Tənqid etməməli
3. Töhmətdən uzaq durmalı
4. Dərslərdə ağırlığı aradan qaldırmalı
5. Həddən ziyadə detalçılıq, sərt qayda–qanun dəstəklənmir
Dəstəkləyici müalicə
Gəlib keçən tiklər 1 ildən daha az davam etdiyi üçün əsasən özlüyündən yox olur. Ailədə,məktəbdə və dostları elə bilir ki, bu hərəhətlər qəsdən edilir. Uşağın ətrafı və ailəsi bunion xəstəlik olduğunu bilməlidir. Tiklərə iradlar bildirmək, uşağı cəzalandırmaq tikləri artırır. Televizora baxarkən, telefonda oyun oynatarkən tiklər artır. Ona görə də tikləri olan uşaqlara hədsiz TV izləmək, telefonda oyun oynamaq qəti qadagandlr.Tiklər uşağın həyat fəaliyyətinə ciddi təsir edirsə dərman müalicəsi aparılır.