12.12.2019

Nevroloji körpə necə olur?

Sağlam körpə necə olmalıdır?

Yenidoğulmuş körpənin üzü və ətrafları simmetrik olmalıdır.Yenidoğulmuşun yuxarı və aşağı ətrafları bükülmüş (fleksor) vəziyyətdə olur.Buna səbəb fizioloji hipertonusdur.Xəstəlik əlaməti deyil və müalicə edilmir.Fizioloji hipertonusa görə lazımsız müalicə alan körpələrin sayı az deyil.3 aydan sonra ətraflardakı hipertonus azalır və körpənin ətrafları ekstenzor açılmış vəziyyətə gəlir.Normal körpənin əlləri və ayaqları hərəkətli olmalıdır.

Nevroloji defisitli körpənin əlamətləri?

İlk günlərdə körpənin hipotonik (süst) vəziyyətdə olması normal hal deyil.Həmçinin də bunun əksinə ətrafların normadan yüksək hipertonusun qeyd edilməsi anormal haldır.Serebral iflic zamanı süstlük sonradan hipertonus vəziyyətini əvəzləyir.Südəmər dövrdə körpənin ayaqlarının bir-birinə çarpazlaşdırılması serebral iflicin əlamətidir.Körpədə yaranan qeyri-iradi hərəkətlərin olması,yəni öz oxu ətrafında fırlanma ya burulma hərəkətləri diskinetik serebral iflicin əlamətidir.

Körpənin erkən aylarınd baş verən bu əlamətlər hipertonusun olduğundan xəbər verir.

-Körpə qarnıüstə uzadıldıqda,qalçanın gövdədən daha yuxarıda qalması.

-Yendoğulmuşun ayaqlarının açılmış formada olması.

-Asimmetrik vəziyyət (distoniya və ya hemiparezin olduğundan xəbər verir)

-Qoltuq altından tutub qaldırdıqda ayaqlarda yaranan çarpazlaşma.

-Əlin birinin digərinə nisbətən hərəkətsiz olması.

-Opistotonus vəziyyət-bədənin gərilməsi sərtləşməsi.

-Körpənin bezinin dəyişməkdə şətinliyin olması.(Ayaqların rahat aralanmaması)

-İməkləmə zamanı əllərin önə atılması,ayaqlarda olan spastikadan xəbər verir.

Serebral iflic körpələrdə oturmada və yerimədə gecikmələr görünür.

3 aylıq normal  körpə üzü üstə uzandıqda başını qaldırır.Bu ayda başı qaldıra bilməmək,ayaqlarda sərtlik,başını geriyə atma,gülümsəməmək,ananın üzünə baxmamaq normal hal deyil.

6 aylıq normal körpə ayaqüstə tutduqda dayana bilir.Üzü üstə çevrilir,əllərindən dəstək alaraq oturur.Bu ayda körpənin yığılaraq oturması,başını yatdığı yerdən qaldıra bilməməsi,ayaqlarında sərtliyin olması inkişaf ləngiməsinin əlamətidir.

9 aylıq oturduğu yerdə əşyaya doğru əyilir,iməkləyir,çevrilir.Bu ayda körpənin dəstəklə ayaqları üzərində dura bilməməsi,gövdə ağırlığını daşıya bilməməsi,əllərini istifadə etməməsi normal inkişafın getmədiyini deyir.

12 aylıq normal körpə tutaraq addım atır, əşyanı bir əlindən digərinə verir. Nevroloji qüsurlu körpənin ayaqlarında spastikanın olmasıyla qalxması çətin olur, ağırlığını bir tərəfə verərək oturur. barmaq ucunu yerə basır.

15 aylıq normal körpə yardımsız yeryir, çömələ bilir.Nevroloji defisiti olan körpə yardımsız yeriyə bilmir, barmaq ucunu yerə basır, aaq üstündə müvazinətini saxlaya bilmir.

Serebral iflic körpələr çox zaman oturmada və yerimədə çətinlik çəkirlər və bu səbəblərdən də həkimə müraciət edirlər.Körpənin inkişaf etaplarında ləngimələrin olması düzənli şəkildə dəyərləndirməlidir.

Müəllif: Dr. Aynur Zeynalova
Əlaqə telefonu: (050) 413 91 91